Qocaları, uşaqları sevən Qırmızı papaq nənəsinə qutab aparmaq üçün meşəyə nənəsigilə yola düşür. Meşədə canavar ilə rastlaşan Qırmızı papaq canavardan qorxmayıb yoluna davam edir. O, heç düşünmür ki, heyvanlar da insanlara pislik edə bilər və nənəsigilə gəlib çatanda nənəsinin çarpayısında qadın libası geyinmiş canavar görür. Canavar onu yemək istəyəndə qaçıb özünü meşəyə yetirir. Bütün olmuş hadisəni hakimə danışır və məhkəmə qurulmasını xahiş edir. Hakim məhkəməni qurub canavarın oğurladığı nənəni qurtarır, canavarı cəzalandırır. Bundan başqa tamaşada nağılçılar vasitəsi ilə XVIII əsr fransız xalqının nağıllarından parçalar da əks olunmuşdur. Tamaşada fransız geyimlərindən istifadə olunur. Fransa şəhərinə sehirli gəmi ilə səfər edən nağılçılar Qırmızı papaq nağılından əlavə bir çox fransız nağıllarından ibarət bir çələng toxuyurlar.
Tamaşının müəllifi - Şarl Perro,
Quruluşçu rejissor - Elşad Rəhimzadə,
Quruluşçu rəssam - Lətifə Quluzadə,
Bəstəkar - Cahangir Zülfüqarov.
Bu tamaşa repertuarımıza 2005-ci ildə daxil olmuşdur.