|
MƏLİK MƏMMƏD
Eldar Baxış
«MƏLİKMƏMMƏD»
(Xalq nağılı)
Quruluşçu rejissoru - Elşad Rəhim-zadə
Quruluşçu rəssamı - Lətifə Quluzadə
Bəstəkarı - Cahangir Zülfuqarov.
Azərbaycan xalq nağılı motivlərindən bəhrələnən Eldar Baxışın incə yumorla qələmə aldığı «Məlikməmməd» nağıl-pyesi əsasında hazırlanmış eyni adlı tamaşanın qəhrəmanı şahın kiçik oğlu Məlikməmməd öz atasını cavanlaşdırmaq üçün bir çox çətinliklərdən keçir, divlərə, əjdahalara qalib gəlir, atasının canı olan sehirli almanı divlərdən alıb atasının hüzuruna gətirir. Bunun əvəzində də şah öz oğlu Məlikməmmədə padşahlığı hədiyyə etmək istəyir. Bu təklifi qəbul etməyən Məlikməmməd başqa məmləkətlərdə olan insanları, heyvanları xilas etmək və xoşbəxtliklə dolu olan, günəş işığı ilə yanan, məhəbbətlə ucalan işıqlı dünyanı axtarmağa gedir.
Tamaşanın premyerası 2006-cı ildə olub.
|
|
|
|